Ağstafa rayonu üzrə Gənclər və İdman sektoru və Təhsil sektorunun birgə təşkilatçılığı ilə H.Əzizov adına Vurğun qəsəbə tam orta məktəbin idman zalında 2010-2011 ci il təvəllüdlü yeniyetmə oğlanlar arasında həndbol üzrə rayon birinciliyi keçirilib.

Rekord.az xəbər verir ki, rayon birinciliyində Ağstafa rayonu üzrə Gənclər və İdman sektorunun aparıcı məsləhətçisi Hikmət İsmayılov idmançıları salamlayaraq, yarışda iştirak edən komandalara uğurlar arzulayıb, belə yarışların mütəmadi olaraq keçirilməsinin vacibliyini qeyd edib.

Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışda 1-ci yeri N.Həmzəyev adına Göycəli kənd tam orta məktəbin 2-ci yeri H.Əzizov adına Vurğun qəsəbə tam orta məktəbin, 3-cü yeri isə Dağ Kəsəmən kənd 1 saylı tam orta məktəbin komandaları tutublar. Qalib komandalara Qazax-Tovuz Regional Gənclər və İdman idarəsinin diplomları təqdim olunub.Birincilikdə 12 komanda üzrə ümumilikdə 96 nəfər idmançı iştirak edib.