
AHF rəsmisi "Beşiktaş"ın oyununa təyinat aldı
- 21 Fev 2025 13:20
- 68
Azərbaycan Həndbol Federasiyasının (AHF) İdman şöbəsinin müdiri İsgəndər Əsgərov beynəlxalq oyuna təyinat alıb.
Rekord.az xəbər verir ki, o, kişi həndbolçular arasında Avropa Kubokunun 1/8 final mərhələsinin “Beşiktaş” (Türkiyə) - “Runar Sanderyord” (Norveç) görüşünün deleqatı olacaq.
Oyun fevralın 22-də İstanbulda keçiriləcək.