AİJF-nın rəhbəri: "Biz nə AGİN, nə də AFFA-ya tabeyik"
- 22 Fev 2020 15:23
- 761
Bu gün Azərbaycan Radiosunun qonağı Azərbaycan İdman Jurnalistləri Federasiyasının rəhbəri Qabil Mehdiyev olub.
Rekord.az xəbər verir ki, o, yeni yaradılan federasiyanın Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və ya AFFA-ya tabe olması ilə bağlı iddialarla razılaşmadığını deyib:
"Azərbaycan İdman Jurnalistləri Federasiyası qeyri-kommersiya hüquqi şəxs, ictimai birlikdir. Nə AGİN, nə də AFFA-ya tabeyik. AFFA kimi AİJF-da ayrı qurumdur, bərabərhüquqlu təşkilatdır.
AİJF-nın idarə heyətində AGİN və AFFA-dan nümayəndələrin olması, bizim qurumun adıçəkilən digər qurumlara tabe olmasının göstəricisi deyil.
Dünyanın bir çox ölkəsində AİJF kimi təşkilatlar var və onlar da ölkələrinin ayrı-ayrı qurumları, xüsusilə də futbol federasiyaları ilə əməkdaşlıq edir. Bu onların müstəqil fəaliyyətinə mane olmur".