
Albaniyada ikinci darmadağın
- 21 Fev 2025 20:30
- 57
19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının ikinci seçmə mərhələsində ikinci oyununu keçirib.
Rekord.az xəbər verir ki, B Liqasının 4-cü qrupunda yer alan millimiz meydan sahibi Albaniya yığması ilə üz-üzə gəlib.
Eqnatiyada yerləşən “Rrogozhine” stadionunda təşkil olunan qarşılaşma Albaniya seçməsinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.
U-19 qrupda son oyununu fevralın 24-də Monteneqro millisinə qarşı keçirəcək.