Allahverdiyev Avropa Oyunlarında 1/4 finala yüksəldi
- 26 İyn 2023 22:54
- 311
Azərbaycan boksçusu Murad Allahverdiyev (80 kq) Polşada keçirilən 3-cü Avropa Oyunlarına ikinci döyüşünü keçirib.
Rekord.az xəbər verir ki, ilk görüşündə Kevin Şumannı (Almaniya) mübarizədən kənarlaşdıran idmançı 1/8 finalda Nikita Niystedi (Finlandiya) sınağa çəkib.
Qarşılaşma Allahverdiyevin qələbəsi ilə başa çatıb. Hər 3 raundu xeyrinə bitirən boksçumuz yekunda 4:1 (30:27, 30:27, 29:28, 30:27, 28:29) hesabı ilə qalib gəlib.
O, 1/4 final döyüşünə iyunun 28-də çıxacaq.
Məsud Yusifzadə (51 kq) isə 1/8 finalda Atilla Bernatla (Macarıstan) qarşılaşmadan məğlub ayrılıb - 0:5.
Daha öncə Şəhla Allahverdiyeva (66 kq) da 1/8 finalda Belçika təmsilçisi Oşin Deriyuvla dueldən məğlub ayrılaraq mübarizəni dayandırmışdı.