Allahverdiyev: "İnanıram ki, bu dəfə də uğurlu çıxışı davam etdirəcəyik və Vətənə medalla qayıdacağıq"
- 29 İyn 2022 10:31
- 408
Azərbaycanın voleybolçu kişilədən ibarət yığması İslam həmrəyliyi Oyunlarına və Avropa Çempionatının seçmə mərhələsinə hazırlığını davam etdirir. "Rekord.az" xəbər verir ki, komandamızın üzvü Kənan Allahverdiyev fedrasiyann mətbuat xidmətinə açıqlamasında hazırlıq prosesindən danışıb:
"İslamiadaya və Avropa Çempionatının təsnifat oyunlarına hazırlığımız davam edir. Bəzi oyunçularımız sonradan bizə qoşuldular. May ayından başlayan toplanışın ilkin mərhələsində demək olar ki, bir ay ərzində əsas diqqət fiziki hazırlığa yönəldi. Hazırda düşərgədə 18 voleybolçu var və zalda toplarla komanda şəklində məşqlər edirik".
Təcrübəli liberomuz millinin Bakıda keçirilmiş son İslamiadadakı uğurlu çıxışını təkrarlamaq üçün əllərindən gələni edəcəklərini söyləyib: "Sonuncu İslam Həmrəyliyi Oyunlarında yaxşı çıxış etdik və gümüş medalları qazandıq. İnanıram ki, bu dəfə də uğurlu çıxışı davam etdirəcəyik və Vətənə medalla qayıdacağıq. AVRO-2023-ün təsnifat oyunlarına gəlincə, orada güclü komandalarla bir qrupda mübarizə aparacağıq. Buna baxmayaq, meydançaya qələbə üçün çıxacağıq. Bütün gücümüzü meydanda qoyub azarkeşlərimizi sevindirməyi hədəfləmişik".