Alman hücumçu Premyer Liqa klubunda
- 05 Avq 2024 23:05
- 158
İngiltərənin "Vest Hem" klubu Almaniya millisinin hücumçu Niklas Füllkruqu transfer edib.
Rekord.az Premyer Liqa təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, "çəkicdöyənlər" 31 yaşlı forvardla 4 illik müqavilə bağlayıb.
Bu transfer ingilislərə 26 milyon avroya başa gəlib.
Ötən mövsümü ölkəsinin "Borussiya" (Dormund) kollektivində keçirən Füllkruq meydana çıxdığı 46 oyunda 16 qol vurub. O, Almaniyada keçirilən Avropa çempionatında 5 matçda 2 qola imza atıb.