Almaniya futbolunun son faciəsi YAZI + FOTOLAR
- 14 Apr 2020 14:00
- 1892
Robet Enke azərbaycanlı futbol azarkeşlərinə də yaxşı tanışdır. Təsadüfi deyil ki, o milli səviyyəsində son oyununu Bakıda məhz bizim milliyə qarşı keçirmişdi. Sən demə hələ həmin vaxtlar onun şəxsi problemləri var idi və bu problemlər qapıçını rahat qoymurdu, onu depressiyaya salırdı. Bütün bunların sonucu isə çox faciəli oldu. 2009-cu il 10 noyabrının səhəri bütün Almaniya üçün qara xəbərlə açıldı: Robert Enke intihar edərək özünü öldürüb. Bu xəbər tək Almaniyanı yox, bütün dünyanın futbol ictimaiyyətini şoka saldı. Belə ki, o, özünü qatarın altın ataraq intihar etmişdi. Almaniya polisi məsələ ilə bağlı dərhal araşdırmalar apardı və sonradan da məlum oldu ki, həqiqətən onun şəxsi problemləri yetərincə idi və məhz bu səbəbdən də uzun müddət idi ki, depresiyada idi. Yekunda isə həyatdan bezən Enke noyabrın 9-dan 10-a keçən gecə yaşadığı Hannoverdə dəmiryol xəttinin kənarına gələrək sürət qatarının gələcəyi zamanı gözləmiş və qatar gələn zaman özünü onun altına ataraq intihar etmişdi. Baş verənlər nə qədər acı olsa da artıq hər kəs Enkenin yoxluğu ilə barışdı. Onun son klubu olan “Hannover”də isə futbolçunun daşıdığı nömrə əbədiləşdirildi. Siz isə bu yazıdan Enkenin karyerasına və həyatında yaşadıqlarına bir daha nəzər salıb onu xatırlayacaqsınız. Qeyd edək ki, Robert karyerası ərzində həm də nümunəvi qapıçı olub və daim münaqişələrdən, qalmaqallardan uzaq olub.
Klub karyerası
Robert Enke futbola “Yena Farm”da başlayıb. Sonradan isə 18 yaşında ikən “Karl Tseys Yena”ya keçib. Burada bir il çıxış etdikdən sonra qapıçı 1996-cı ildə Borussiya ilə müqavilə bağlayıb. Əvvəlcə o, yeniyetmələrdən ibarət komandanın formasını geyib. Enke tezliklə Bundesliqada çıxış etmək şansı da qazanıb.
Lakin 1999-cu ildə Portuqaliyanın “Benfika” klubundan sərfəli təklif alan qapıçının legioner karyerası başlanıb. O, 3 ilədək “Sportinq”in şərəfini qoruyub, 77 oyunda çıxış edib. 2002-ci ildə Enke “Barselona”ya keçsə də, uğursuzluğa düçar olub. Frank Raykaard 2003-cü ildə “Barselona”ya baş məşqçi təyin olunduqdan sonra o, Türkiyənin “Fənərbağça” komandasına icarəyə verilib. Lakin alman qapıçı burada cəmi 1 oyunda forma geyə bilib.
2003-cü ilin 31 iyulunda Fənərlə müqavilə bağlayan Enke avqustun 10-da komandasının “İstanbulspor”a qarşı keçirdiyi mövsümün ilk matçında kobud səhvləri üzündən 3 qol buraxıb. Bundan sonra o, azarkeşlərin sərt təpkiləri ilə üzləşib. Tənqidlərə dözə bilməyən qolkiperin müqaviləsi qarşılıqlı razılıq əsasında pozulub. Daha sonra Enke İspaniyanın “Tenerife” klubuna icarəyə verilib. Burada da o, cəmi 9 oyuna çıxıb.
Beləliklə, qapıçı üzləşdiyi uğursuzluqlardan çıxış yolunu vətəninə qayıtmaqda görüb. Enke 2004-cü ildə “Hannover”lə müqavilə bağlayıb. Sonuncu oyunu 2:2 hesabı ilə başa çatan “Hamburq”la qarşılaşmaya təsadüf edib. “Hannover” 2009-cu ildə intihar edən qapıçının geyindiyi 1 nömrəli formanı əbədiləşdirib. Bundan sonra Hannover təmsilçisinin heyətində heç kim həmin nömrəni daşımayacaq.
Milli komanda karyerası
Enke 1997-1999-cu illərdə 15 dəfə Almaniya U-21-nə dəvət alıb. Qolkiper 2007-ci ildə Almaniyanın əsas milli komandasına cəlb olunub və 8 oyun keçirib. Robert Enke Avro-2008-də Almaniya millisinin heyətinə cəlb olunub. O, Almaniya millisinin heyətində 8 oyunda forma geyinib və yazının girişində də qeyd etdiyimiz kimi, millidə sonuncu oyununu 2009-cu il avqustun 12-də Bakıda Azərbaycan millisinə qarşı keçirib.
Həyatı
Robert Enke 1977-ci ilin avqustun 24-də Yenada anadan olub. Robertin atası psixoloq və atlet idi. Anası isə həndbolçu idi. Uşaqlıq illərində musiqi sevməsinə rəğmən, mütəmadi yerli stadiona baş çəkərdi. Sonra isə valideynləri onu yerli idman gimnaziyasına yolladılar.[
2 yaşlı qızını itirdi və...
Enke həyatının ən ağır günlərini 2006-cı ildə yaşayıb. 2006-cı ilin sentyabrın 17-də iki yaşlı qızı Lara ürək çatışmamazlığından dünyasını dəyişib. 2009-cu ilin may ayında isə o, həyat yoldaşı Tereza ilə birlikdə 2 aylıq qız uşağını övladlığa götürüb.
Ölümə aparan yol
Son dövrlər Enkenin işləri heç də yaxşı getmirdi. Azərbaycan yığmasıyla oyundan sonra yenidən yığmaya çağırılsa da, Hannoverdə keçirilən Almaniya - Azərbaycan matçından bir neçə gün öncə baş məşqçi Yoahim Lövə müraciət edərək, heyətdən çıxarılmasını istəmişdi. O, buna səbəb kimi xəstələndiyini göstərmişdi. Ölümünün baş verdiyi gün səhər saatlarında “Hannover”-in düşərgəsinə yollanıb. Bu zaman klubun qapıçılarla işləyən məşqçisi Yorq Siverslə görüşərək, səhhətinin yenidən pisləşdiyini bildirir. Günortadan sonra isə klubun bazasını icazəsiz tərk edərək, məşqə qatılmır. Bu zaman klub rəhbərliyi telefon vasitəsi ilə onu tapmağa çalışsa da, bütün cəhdlər nəticəsiz qalır. Həyat yoldaşı Tereza isə ərinin yoxa çıxmasından xəbər tutan kimi polisə məlumat verir. Lakin artıq gec idi.
Ölüm
10 noyabr 2009-cu ildə Robert idarə etdiyi qara Mersedeslə yaşadığı evin 3-4 kilometrliyindən keçən dəmir yol xəttinə tərəf yollanıb. Maşını dalanların birində saxlayıb. Avtomobildən düşərək qapıları kilidləyib və dəmir yol xəttinə tərəf bir neçə dəqiqə piyada gedib. Futbolçu özünü qatarın altına atacağını dəqiqləşdirmişdi. Budur, irəlidən gələn qatar görünməyə başlayır. Bremendən Hannoverə gedən qatarın sürəti 160 km/saatdır. Almaniya vaxtı ilə saat 18:17-də (Bakı vaxtı ilə saat 21:17-də) Enke özünü qatarın altına ataraq, həyatla vidalaşır.
Enkenin qəfil intiharı dünyanın hər yerində, o cümlədən vətəni Almaniyada da böyük üzüntüyə səbəb olub. Robertin dostları, həmkarları, futbol adamları, menecerlər onun dünyasının dəyişməsindən dərin sarsıntı keçiriblər. Hadisə baş verən andan insanlar küçələrə çıxaraq onun xatirəsini yad edir. Futbolçunun şərəfini qoruduğu “Hannover” klubunun ofisinin qarşısına minlərlə insan yığılaraq şamlar yandırıblar və gül dəstələri qoyublar.
Dəfn mərasimi
Robert Enkenin dəfn mərasimi 15 noyabrda keçirildi. Vida mərasimi "Hannover"in ev oyunlarını keçirdiyi "AWD Arena"da təşkil olundu. Mərasimə Almaniya Futbol Federasiyasının prezidenti Teo Jvanziger və Almaniya yığmasının bütün üzvləri, həmçinin baş məşqçi Yoahim Löv qatıldı.
40 mindən artıq insanın qatıldığı vida mərasimində futbolçu anılıb, onun həyat yoluna nəzər yetirilib. Daha sonra isə Enke 2006-cı ildə ürək çatışmamazlığından vəfat edən 2 yaşlı qızının yanında dəfn olunub.[
Məktub
Robert intihar edəcəyi ilə bağlı qərarı əvvəlcədən veribmiş. Hər halda, onun əvvəlcədən yazıb qoyduğu məktub bunu deməyə əsas verir. İstintaq nümayəndələri məktubun haradan tapıldığı barədə mətbuata heç bir məlumat verməyib. Lakin o bildirilib ki, bütün dəlillər hadisənin süi-qəsd olduğuna işarə verir.
Enkenin ölümündən öncə yazdığı məktubun məzmunu açıqlanıb. Mərhum qapıçı məktubunda ailəsindən və həkimlərdən öz psixoloji durumu ilə onları həyəcanlandırdığı üçün üzr istəyib. Enke yaxınlarının onun intihar edəcəyindən şübhələnməmələri üçün vəziyyətinin yaxşılaşdığı haqda bilərəkdən görüntü yaradıb.
Şəxsi məlumatlar
Tam adı: Robert Enke
Doğum tarixi: 24 avqust 1977-ci il
Doğum yeri: Yena, Almaniya
Ölüm tarixi: 10 noyabr 2009-cu il (32 yaşında)
Boyu: 186 sm
Ampluası: Qapıçı
Karyerası:
1985, 1986–1996 “Farm Karl Tseys Yena”
Peşəkar karyerası
1995–1996 “Karl Zeiss Yena” 4 (0)
1996–1999 “Borussiya Mönxenqladbax” 32 (0)
1999–2002 “Benfica” 77 (0)
2002–2004 “Barcelona” 1 (0)
2003 “Fənərbağça” 1 (0)
2004 “Tenerife” 9 (0)
2004–2009 “Hannover” 164 (0)
Cəmi 288 (0)
Milli karyerası
1997–1999 Almaniya U-21 15 (0)
1998 Almaniya olimpiya yığıamsı 4 (0)
2000–2004 Almaniya B komandası 2 (0)
2007–2009 Almaniya əsas milli 8 (0