Fransa millisinin və “Leyptsiq”in futbolçusu Kristofer Nkunku “Çelsi”yə transfer olunub.

Rekord.az xəbər verir ki, London təmsilçisi Nkunkunu 70 milyon avroya transfer edib.

 Onunla  2028-ci ilin yayına qədər müqavilə imzalanıb. Almaniya təmsilçisi isə bu transferdən böyük qazanc götürüb. Belə ki, 70 milyonun bir hissəsinə iki yeni futbolçu alınacaq. Qalan hissə isə büdcəyə ötürülüb.