
Almaniya klubu kapitanı ilə müqaviləni uzatdı
- 16:40
- 47
"Verder" kapitanı Marko Fridllə müqavilənin müddətini uzadıb.
Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
27 yaşlı avstriyalı müdafiəçi 2028-ci ilin yayına qədər klubda qalacaq.
Fridl 2018-ci ilin qışından etibarən "Verder"də oynayır. O, həmin vaxtdan bəri 193 matç keçirib, 7 qol vurub və 10 məhsuldar ötürmə verib.