Futbol üzrə Almaniya kubokunun yarımfinal mərhələsinin oyunları təxirə salınıb.

Rekord.az xəbər verir ki, aprelin 21-i və 22-də keçirilməli olan yarımfinal görüşləri qeyri-müəyyən müddətə təxirə salınıb. Bu barədə Almaniya Futbol İttifaqının rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, Almaniya kubokunda finala vəsiqə uğrunda “Bavariya” Frankfurt “Ayntraxt”ı ilə, “Bayer” də “Saarbrüken”lə qarşılaşacaq.