Almaniya millisinin müdafiəçisi Antonio Rudiger ölkəsində keçirilən Avropa çempionatında zədələnib.

Rekord.az xəbər verir ki, bu barədə yığmanın baş məşqçisi Yulian Nagelsman açıqlama verib.

O, müdafiəçinin İsveçrə ilə heç-heçə etdikləri qrup mərhələsinin 2-ci tur matçında ombasından xəsarət aldığını bildirib: "Ümid edirəm ki, ona ciddi bir şey olmayıb. Amma bu, bizə problem yarada bilər".

Yeri gəlmişkən, Almaniya millisinin digər müdafiəçisi Conatan Ta da Avropa çempionatının 1/8 final görüşünü buraxacaq. Qrup mərhələsinin 3-cü turunun İsveçrə ilə görüşündə sarı vərəqə alan "Bayer"in (Leverkuzen) futbolçusu növbəti matçda komandasına kömək edə bilməyəcək.

28 yaşlı oyunçu 1-ci tur çərçivəsində keçirilən Şotlandiya ilə matçda da rəsmi xəbərdarlıq aldığından sarı vərəqə limitini doldurub.

AÇ-2024 iyulun 14-də başa çatacaq. Almaniya yığması A qrupunun lideri kimi 1/8 finala vəsiqə qazanıb.