Almaniya və ABŞ yığmaları Bakıda çempion oldular
- 05 İyn 2022 23:09
- 477
Bakıda təşkil olunan atıcılıq üzrə dünya kuboku davam edir. Rekord.az xəbər verir ki, bu gün 25 metr məsafəyə tapançadan sürətli atəşaçma üzrə qarışıq komandalar arasında yarışın finalı keçirilib.
Mübarizənin sonunda koreyalı idmançılar qızıl medal qazanıblar. Ukraynanın iki komandası isə gümüş və bürünc medallara sahib çıxıblar. Yeri gəlmişkən, Ukrayna hələlik 8 medalla kubokda medal sayı ən çox olan ölkədir.
Bu gün həm də kişilər və qadınlar arasında “Dairəvi stend” (Skeet) yarışları keçirilib.
Qadın komandaları arasındakı yarışda Almaniya yığması hamıdan dəqiq olub. ABŞ komandası gümüş, Qazaxstan yığması bürünc medal qazanıb.
Kişilər arasında yarışlarda isə qızıl medalı ABŞ, “gümüş”ü Yunanıstan, “bürünc”ü də Küveyt idmançıları qazanıblar.
Bakıdakı dünya kubokuna sabah yekun vurulacaq.