Almaniyalı futbolçu millidəki karyerasını başa vurdu
- 10 İyl 2024 23:15
- 179
“Bayern”in futbolçusu Tomas Müller Almaniya millisindəki karyerasını başa vurub.
Rekord.az xəbər verir ki, bu barədə ölkənin məşhur "Bild" nəşri məlumat yayıb.
Tomas Müller 2010-cu ildən yığmanın formasını geyinir və 2014-cü ildə dünya çempionu olub.
O, 2022-ci ildə Qətərdə keçirilən mundialdan sonra milli ilə vidalaşdığını açıqlasa da, yenidən komandaya qayıtmışdı. Bundestim Almaniyada təşkil olunan AÇ-2024-ün 1/4 finalında əlavə vaxtda İspaniyaya uduzub - 1:2.