Almeydanın niyyəti
- 02 Yan 2020 14:00
- 1197
Riçard Almeyda “Qarabağ”la maddi məsələdə razılığa gələ bilmir.
Rekord.az xəbər verir ki futbolçu yeni müqavilə qarşılığında Ağdam klubundan 700 min avro tələb edir.
Guya ona Avropadan təkliflər olmasını deməklə “Qarabağ”rəhbərliyinə də təzyiq yaradır. Bizim əldə etdiyimiz məlumata görə isə Almeyda ilə ciddi şəkildə maraqlanan və ona bu qədər məbləği ödəməyə hazır olan real komanda yoxdur. Sadəcə meneceri bir neçə əcnəbi klubla danışaraq qonlara Riçardın xidmətini təklif edib.Həmin klublar da danışıqlar aparmağın mümkünlüyünü bildirib. Yəni hər şey heç də Almeydanın təqdim etiyi kimi deyil ki guya ona çox yaxşı klublaran yaxşı təkliflər var. Futbolçu bu görüntünü yaramaqa “Qarabağ”dan daha çox pul qopartmaq istəyir.