Almeydanın qarşısına şərt qoyulub: bu dəfə geri dönüş olmayacaq ÖZƏL!
- 22 Yan 2020 14:00
- 1282
Məlum olduğu kimi, Riçard Almeyda “Qarabağ”dan ayrılaraq Birləşmiş Ərəb Əmirliyinə üz tutub.
Rekord.az xəbər verir ki, braziliyalı futbolçu daha artıq qazanc qarşılığında bu addımı atıb.
O. bir dəfə də analoji addım atmış və “Qarabağ”ı “Astana”ya dəyişmişdi. Lakin orada oynamaq şansı qazanmayaraq formasını itirmək təhlükəsi ilə üzləşincə yenidən “Qarabağ”a qayıtmışdı. Yenidən forma yığdı və Ağdam klubunun müqavilə təklifindən imtina edərək bu dəfə də pul dalınca qaçdı. Əldə etdiyimiz məlumata görə, ikinci gedişi zamanı ona növbəti geri dönüşün mümkün olmadığı deyilib. Yəni Ərəbistanda da oyunu alınmasa və yenidən geri dönmək istəsə, Ağdam klubu onu qəbul etməyəcək.