"Valensiya" klubu İspaniya La Liqasında son 67 ildə ən pis göstəricisinə imza atıb.

Rekord.az xəbər verir ki, bu, komandanın X turda evdə "Las Palmas"a uduzması (2:3) sayəsində reallaşıb.

"Yarasalar" hazırda 6 xalla sonuncu pillədə qərarlaşıb. Bu, altıqat ölkə çempionunun son 67 ildə ən pis göstəricisidir.

"Valensiya" 1957/1958 mövsümündə 10 turda 5 xal toplaya bilmişdi.