AMADA 2020-ci ilin yekunlarına həsr olunmuş ənənəvi mətbuat konfrası keçirdi
- 22 Dek 2020 15:06
- 862
Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) 22 dekabr 2020-ci il tarixində 2020-ci ilin nəticələrəninə həsr olunmuş mətbuat konfransı keçirib. Videokonfrans formatında keçirilən tədbirdə AMADA-nın direktoru Şəfəq Hüseynli bildirib ki, Prezident İlham Əliyev idmanın inkişafını hər zaman böyük önəm verib. Azərbaycanda idman sahəsi dövlət səviyyəsində daim diqqət mərkəzində olub. Məhz bu diqqətin nəticəsidir ki, Azərbaycan dünyada idman ölkəsi kimi böyük nüfuz qazanıb. Dövlətimiz idmanın kütləviliyi qədər, onun təmiz qalması və sağlam əsaslarda inkişafına da böyük diqqət ayırır. 2016-cı ildə prezident İlham Əliyevin fərmanı ilə AMADA-nın yaradılması da bu iradəni göstərir. AMADA yarandığı 4 il ərzində ölkədə dopinq nəzarətini uğurla həyata keçirib.
2020-ci il isə antidopinq sahəsi üçün bir çox vacib hadislərələ yadda qalıb. COVİD-19 pandemiyası bu sahəyə də öz təsirini göstərib. AMADA fəaliyyətini pandemiyanın yaratdığı reallıqlar əsasında qurub. İl ərzində əsas vacib məsələlərdən biri də 2021-ci ildən qüvvəyə minəcək yeni Ümumdünya Antidopinq Məcəlləsi ilə bağlı hazırlıq işləri olub. Yerli qanunvericiliyin məcəlləyə uyğunlaşdırılması üçün AMADA tərəfindən “Azərbaycan Respublikası İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında” Qanuna bir sıra dəyişikliklər layihəsi hazırlanıb.
Əldə olunan naliyyətlər və yeniliklərdən danışan Şəfəq Hüseynli bildirib ki, il ərzində AMADA beynəlxalq səviyyədə əməkdaşlığını daha da genişləndirib. Belə ki, bu müddət ərzində Türkiyə Antidopinq Təşkilatı və Kanada Antidopinq Təşkilatı ilə saziş imzaladınıb.
Bundan əlavə Beynəlxalq Test Agentliyi əldə olunan razılaşmaya əsasən AMADA beynəlxalq dopinq nəzarəti inspektorları proqramına qoşulub.
Şəfəq Hüseynli deyib ki, AMADA “Tokio 2020” Yay Olimpiya Oyunlarında təmsil olunacaq. Belə ki, qurumun iki əməkdaşı Olimpiya Oyunlarında dopinq nəzarəti prosesində iştirak edəcək.
İdmanda ədalətin bərpası və dürüst yarışan idmançıların hüquqlarının qorunması da diqqət mərkəzində olub. Antidopinq qayda pozuntusu törətmiş 6 idman növü üzrə 12 idmançının nəticələrinin ləğv edilməsi və medalların geri alınması barədə müvafiq respublika idman federasiyaları məlumatlandırılıb.
2020-ci il ərzində idmançılardan ümumilikdə 1087 test nümunəsi götürülüb. Bunlardan 1012-i milli test proramı çərçivəsində, 75- i isə beynəlxalq sifariş əsasında olub.
Pandemiya ilə əlaqədar Test nümunələrinin götürülməsi karantin qaydalarnın tələblərin tam riayyət edilməklə həyata keçirilib. Dopinq nəzarəti inspektorları mütəmadi olaraq COVID-19 testlərinə cəlb edilib.
2020-ci il ərzində ümumilikdə 24 Antidopinq Qayda Pozuntusu işi üzrə araşdırma aparılıb.
Həmin işlərin 11-i ilə bağlı artıq qərar qüvvəyə minib. 13 iş isə icraatdadır. Sözügedən 24 antidpoinq qayda pozuntusu ümumilikdə 11 idman növündə qeydə alınıb. Belə ki, boks idman növündə 4, ağır atletka, cüdo, taekvando və karate idman növlərində 3, velosiped və güləş idman növlərində 2, futbol, sambo, atletika, və paracüdo idman növlərinini hər birində isə 1 qayda pozuntusu qeydə alınıb.
AMADA öz fəaliyyətində antdopnq maarifləndirməsinə də geniş yer verib. İl ərzində karantin qaydaları çərçivəsində 21 seminar keçirilib. Təhsil və maarifləndirmə təbirləri çərçivəsində bu il ərzində ümumilikdə 43 vebinar keçirilib.
İl ərzində AMADA əməkdaşları özləri də ÜADA, Beynəlxalq Test Agentliyi, Avropa Şurası və digər beynəlxalq təşkilatlar tərəfindən keçirilən 23 vebinarda iştirak ediblər.
2020-ci ildə AMADA tərəfindən iki tədqiqat layihəsinə start verib. Avropa Şurası tərəfindən dəstəklənən bu layihələr İdmançının ədalət mühakiməsinə çıxışının səviyyəsinin və antidopinq təşkilatlarında gender bərabərliyinin təmin edilməsi səviyyəsinin araşdırlması ilə bağlı olub.
2020-ci AMADA üçün beynəlxlaq fəaliyyət baxımından da zəngin olub. İl ərzində ümumilikdə beynəlxlaq səviyyəli 35 görüş keçirilib. Bunlar, Ümumdünya Antidopinq Agentliyi, Avropa Şurası, YUNESKO, və digər beynəlxalq təşkşlatlar çərçivəsində baş tutub.
AMADA sosial məsuliyyət layihələrini də davam etdirib. Mart ayında AMADA tərəfindən Koronavirusla Mübarizəyə Dəstək Fonduna 10 000 manat vəsait köçürülüb.
Bundan əlavə sosial məsuliyyət tədbriləri çərçivəsində qadın uşaq sığınacağı ilə bağlı bir neçə aksiya həyata keçirilib.
AMADA Vətən müharibəsindəki böyük zəfərimizə töfhə vermək üçün bir sıra addımlar atıb.
Belə ki, müharibə başladıqdan sonra AMADA tərəfindən Silahlı Qüvvələrə Yardım Fonduna 10.000 manat vəsait köçürülüb. Bundan əlavə Vətən müharibəsində döyüşlərdə yaralanan hərbçilərə kömək məqsədi ilə AMADA əməkdaşları öz təşəbbüsləri ilə vəsait toplayaraq tibbi ləvazimatlar alıb və Müdafiə Nazirliyinin Tibb Xidmətinə təhvil verib.
Dekabr ayında AMADA əməkdaşları öz təşəbbüsləri ilə “YAŞAT” Fonduna 15500 manat vəsait köçürüb.
Vətən müharibəsi ərzində Azərbaycanın haqlı mövqeyinin beynəlxalq ictimaiyyətə çatdırılmasına da xüsusi diqqət yetirilib. Bunu üçün ingilis və rus dillərində çoxlu sayda video və foto vizuallar hazırlanıb. Həmin materiallarda Vətən müharibəsi zamanı Ermənistanın törətdiyi hərbi cinayətlər, o cümlədən dinc əhaliyə qarşı törədilən vəhşiliklər ifşa edilib. Həmim materiallar vasitəsi ilə dünya ictimaiyyəti o cümlədən AMADA-nın beynəlxalq tərəfdaşları ətraflı məlumatlandırılıb.
AMADA-nın direktoru Şəfəq Hüseynli bildirib ki, Yeni Antidopinq Qaydaları hazırlanıb və 21 dekabr 2020-ci il tarixində təsdiq edilib. Burada bir sıra yeni anlayışlar var. Bundan əlavə yeni antidopinq qaydalarında AMADA, idman federasiyaları və idmançıların yeni öhdəliklər və vəzifələr əksini tapıb.
Antdiponiq qaydalarına 3 yeni anlayış daxil edilib. Bunlar, Milli səviyyəli idmançı, Prioritet hesab edilən idman növləri, Milli əhəmiyyətli yarış anlayışlarıdır. Bundan əlavə yeni test qrupu yaradılıb.
Yeni öhdəliklər isə federasiyalar və idmançılarla bağlıdır. Belə ki idmançılar idmanı tərk etmək, yaxud idmana qayıtmaq barədə qərar qəbul etdikdə bu barədə AMADA-nı rəsmi şəkildə məlumatlandırmalıdır. Fedrasiyalar isə üzvlükdən çıxarılan yaxud üzvlüyə qəbul edilən idmançılar, yarışlar və təlim məşq toplantılarının vaxtı ilə bağlı əvvəlcədən nəzərədə tutulan müddətdə AMADA-ya məlumat verməlidir. Bu öhədliyin pozulması isə sanksiya ilə nəticələnə bilər. Bundan əlavə törədilən antdopinq qaydalarına görə də federasiyalar diskvalifikasiya edilə bilər. Əgər 12 ay ərzində bir federasiyanın üzvləri tərəfindən milli səviyyədə 6-dan çox, yaxud beynəlxalq səviyyədə 3-dən çox antidopinq qayda pozuntusu törədilərsə həmin federasiya 1 ilədək diskvalifikasiya edilə bilər.