AMADA dekabrın 20-də saat 11:30-da Abşeron Mariot otelinin "Sevda" zalında Narkotik və steroidlərlə mübarizyə həsr olunmuş tədbir keçirəcək.

Rekord.az xəbər verir ki, tədbirdə DİN, DGK və digər aidiyyəti dövlət qurumlarının nümayəndələri də iştirak edəcək.

Tədbirdə AMADA-nın  narkotiklə mübarizə çərçivəsində Respublika Narkoloji Mərkəzdə həyata keçirdiyi layihənin nəticələri ictimaiyyətə açıqlanacaq. Bundan əlavə narkoloji mərkəzdə müalicə alan narkotik asılılığı olan şəxslərdən alınan müsahibələr əsasında hazırlanmış videoçarx nümayiş etdiriləcək. 
Tədbirdə jurnalistlərin sualları da cavablandırılacaq.