![photo](https://rekord.az/uploads/5/38298be6-74bb-3cb3-b9f1-05a16d4d77b6-850-600x300.jpg)
Amerika Kubokunda daha iki oyun keçirildi
- 2024-06-23 11:30
- 78
ABŞ-də təşkil olunan futbol üzrə Amerika Kubokunda daha iki oyun keçirilib.
Rekord.az xəbər verir ki, B qrupunun görüşləri çərçivəsində Ekvadorla üz-üzə gələn Venesuela millisi (2:1) qələbə qazanıb.
Qrupun digər oyununda isə Meksika Yamayka yığmasından güclü olub - 1:0.
Qeyd edək ki, Amerika Kuboku iyulun 14-də başa çatacaq. Son olaraq Argentina yığması 2021-ci ildə turnirin qalibi olub.