Anar Salmanovla Babək Quliyev imtahandan kəsildi
- 01 Fev 2020 13:00
- 1437
Anar Salmanovla Babək Quliyev imtahandan kəsilib.
Rekord.az xəbər verir ki AFFA Hakimlər Komitəsinin sədri Frits Stuxlik dünən keçirilən seminarın yekunlarına əsasən belə qərar verib.
Sabiq FIFA referiləri yeni imtahan suallarının öhdəsindən gələ bilməyib. Və yekunda hər ikisinin təyinatları ləğv edilib. Onlar qarşıdakı tura getməli olsalar da, son anda cütlüyü başqaları əvəzəyib. Salmanovun komitədə təhsil qrupunun rəhbəri olması məsələnin maraqlı tərəfidi.Müəllimi imtahandan keçə bilməyən tələbələrin özlərinin hansı səviyyədə olduğunu siz təsəvvür edin. Xəbərə AFFA-nın mətbuat xidmətinin rəhbəri Firuz Abdulladan reaksiya öyrəndik. Həmkarımız Stuxliklə danışdıqdan sonra imtahan nəticələrini açıqlamağın, ictimaiyyətə çatdırmağın əleyhinə olduqlarını bildirdi. Bunu təsdiq kimi qəbul etmək olar. Səbəbkarlara da bu mövzuda danışmaq üçün tribuna verməyə hazırıq. Hələliksə onlar iradlarını baş katib ElxanMəmmədova bildirib. İmtahan nəticələri açıqlanandan sonra Stuxlikin üzərinə yeriyən cütlük, sonra məsələni dinc yolla qaydasına qoymağı lazım bilib. Baş katiblə telefon danışığında Məmmədov ölkədə olmadığını deyib, qayıdan kimi problemi həll edəcəyini vəd verib. (futbolinfo.az)