Kamran Əliyevin ardından dahba bir futbolçu Azərbaycan millisinə gəlməkdən imtina edib.

Rekord.az-a daxil olan məlumata görə, söhbət Anatoli Nuriyevdən gedir.

Qeyd edək ki, Nuriyev hazırda Ukraynanın “Minay” klubunun formasını geyinir. "Minay" isə Antalyada təlim-məşq toplanışındadır. AFFA onu Azərbaycan millisinə gətirmək istəyir və bu məqsədlə millinin baş məşqçisi Di Byazi Türkiyəyə yollanıb. Lakin əldə etdiyimiz son məlumata görə, Nuriyev də böyük ehtimalla Azərbaycan millisinə gəlməyəcək. Bizə çatan məlumata görə, o, AFFA-nın təklifindən imtina edib.