Anri Fransa millisindən ayrıldı
- 19 Avq 2024 18:30
- 151
21 yaşadək futbolçulardan ibarət Fransa millisinin baş məşqçisi Tyerri Anri vəzifəsindən ayrılıb.
Rekord.az xəbər verir ki, bu barədə Fransa Futbol Federasiyası məlumat yayıb.
47 yaşlı mütəxəssis yığmanı öz istəyi ilə tərk edib.
Fransanın U-21 millisi Anrinin rəhbərliyi altında Parisdə keçirilən Yay Olimpiya Oyunlarının gümüş medalını qazanıb. "Xoruzlar" həlledici görüşdə İspaniya millisinə 3:5 hesabı ilə uduzaraq ikinci yerlə kifayətləniblər.