Antalyada daha 3 medal
- 18 Mar 2024 10:00
- 215
Türkiyənin Antalya şəhərində U-20 yaş qrupu üzrə "Çempionlar" turniri davam edir.
Rekord.az xəbər verir ki, ikinci yarış günündə güləşçilərimiz 3 medal qazanıblar.
Qadın güləşində Əsmər Cankurtaran (53 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Sərbəst güləşdə isə Ruslan Abdullayev (61 kq) və Anar Cəfərli (92 kq) bürünc medala sahib çıxıb.