Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda "Qarabağ"ın qonağı olacaq APOEL-in üç futbolçu zədəsini sağaldıb.

 

Rekord.az-ın Kipr mətbuatına istinadən yaydığı xəbərə görə, Vid Beleç,  Georgios Efrem və  Savvas Gentsoğlu məşqlərə qayıdıblar.

 

Onların Ağdam klubu ilə görüşə hazır olduqları bildirilib.

 

Qeyd edək ki, "Qarabağ" - APOEL matçı oktyabrın 24-ü saat 20:55-də başlayacaq.