Aquero “Barselona”nı məhkəməyə verib
- 09 Okt 2024 18:43
- 138
İspaniyanın “Barselona” kollektivində çıxış etmiş Serxio Aquero keçmiş klubunu məhkəməyə verib.
Rekord.az AS-a istinadən xəbər verir ki, Argentina millisinin sabiq hücumçusu kataloniyalılardan 3 milyon avro məbləğində maaşını tələb edir.
“Barselona” Aqueroya sığorta müqaviləsinin ilk ili üçün əmək haqqını ödəyəcəyini bildirib.
Lakin sığorta şirkəti daha sonra pulu köçürməkdən imtina edib.
Aquero “Barselona”ya 2021-ci ilin yayında keçmişdi. O, ürək probleminə görə həmin ilin dekabr ayında karyerasını bitirməli olub.