Azərbaycan millisinin sabiq üzvü Araz Abdullayevin I Liqanın autsayderi "Qaradağ Lökbatan"a keçidi çoxları üçün gözlənilməz oldu.

Rekord.az-a daxil olan məlumata görə, futbolçunun Cənubi Kiprə getmək variantı da var idi.

Lakin zədələndiyi üçün bu səfər təxirə salınıb. Zədəsini sağaldandan sonra isə formasını bərpa etmək üçün zamana ehtiyac yaranıb. Belə olan halda "Neftçi" İSM-in direktoru Sadıq Sadıqovun dəvəti ilə "Qaradağ Lökbatan"a keçib. Üstəlik, bu komandanın baş məşqçisi Amit Quluzadə də sabiq komanda yoldaşıdır. Araz qışa qədər I Liqada oynayıb forma yığacaq. Qışdan sonra isə yenidən Cənubi Kiprə gedəcəyi gözlənilir.