“Araz-Naxçıvan” 2 futzalçı ilə anlaşdı
- 21 Okt 2024 17:00
- 137
“Araz-Naxçıvan” yeni mövsümün startı ərəfəsində heyətini gücləndirib.
Rekiord.az xəbər verir ki, ölkə çempionu “Yay transfer pəncərəsi”nin son günündə iki futzalçı ilə anlaşıb.
28 yaşlı Əli Rüstəmi və 31 yaşlı Əmirhuseyin Rəsuli “qırmızı-ağlar”ın formasını geyinəcək. Hər iki futzalçı qeydiyyatdan keçirilib və sabah “Baku Fire”lə baş tutacaq görüşdə iştirak edə biləcəklər.