"Araz Naxçıvan" braziliyalı Alan Limanı heyətinə qatmaq istəyir.

Rekord.az xəbər verir ki, Naxçıvan təmsilçisi hazırda Səudiyyə Ərəbistanında çıxış edən futbolçu ilə danışıqlara da başlayıb.

Futbolçunun bir qədər yüksək əmək haqqı tələbi naxçıvanlıları çətin durumda qoyub. Hətta əldə etdiyimiz məlumata görə, rəhbərlik bu işdə kömək üçün Felipo Santosu da söhbətə qoşub. Ondan xahiş olunub ki, həmyerlisini yola gətirmək üçün kömək etsin, onu dilə tutub Azərbaycan çempionatını, Bakını tərifləsin və münasib məbləğə bura gəlməyə razı salsın.