“Araz-Naxçıvan” İsveçə 14 futzalçı ilə yollandı
- 20 Avq 2024 13:30
- 158
UEFA Çempionlar Liqasının ilkin mərhələsində çıxış edəcək “Araz-Naxçıvan” bu gün səhər saatlarında İsveçə yollanıb.
Rekord.az xəbər verir ki, Bakı-İstanbul-Göteborq reysi ilə səfərə çıxan təmsilçimiz Göteborqdan oyunların keçiriləcəyi Uddevalla şəhərinə avtobusla yola düşəcək.
Baş məşqçi Vitali Borisov UEFA Çempionlar Liqasının ilkin mərhələsinin matçlarına 3-ü qapıçı olmaqla 14 futzalçı aparıb. Marko Prşiç səhhətində yaranmış problemlə əlaqədar Bakıda saxlanılıb.
Qapıçılar: Emin Kürdov, Kamran Hacıyev, Vladislav Reznov
Oyunçular: Xəzər Ağalızadə, Amadeu, Kənan Manafov, Kadinho, Ülvi Əliyev, Emil Həsənzadə, Lazar Milosavljeviç, Yaniç Aleksandar, Giovanni Valerio, Caique Aledes De Oliveyra, İaqo Henrique
Qeyd edək ki, Kamran Hacıyev, Kənan Manafov və İaqo Henrique “Baku Fire” klubundan icarəyə götürülüblər. Onlar Çempionlar Liqası matçlarında “Araz-Naxçıvan”a kömək edəcəklər.
Təmsilçimiz avqustun 21-də “Sparta Belfats” (Şimali İrlandiya), ertəsi gün Estoniya çempionu “Sillamae Silla”, avqustun 24-də isə İsveçin “Uddevalla” klubu ilə qarşılaşacaq. Yalnız qrup liderləri əsas mərhələyə vəsiqə qazanacaq.