Millinin oyunları ilə əlaqədar Misli Premyer Liqasında yaranmış fasilədən istifadə edən “Araz-Naxçıvan” məşqlərini davam etdirir.


Rekord.az xəbər verir ki, komanda Binə qəsəbə stadionunda hazırlıq keçir.


Zədəli futbolçulardan Miço Kuzmanoviç və Bəxtiyar Həsənalızadə fərdi məşqlə kifayətlənirlər. Kollektivlə çalışan Ramon Maçadodan fərqli olaraq, Mustafa Əhmədzadənin müalicəsi davam edir.


“Araz-Naxçıvan” Misli Premyer Liqasının 28-ci turunda “Neftçi”nin qonağı olacaq. Martın 29-da keçiriləcək qarşılaşma 16:45-də start götürəcək.