"Araz Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev Qara Qarayevin bu komandaya keçidinə münasibət bildirib.

Rekord.az-a açıqlama verən Baxşıyev sabiq "Qarabağ"lı ilə bir müddətdir ki, danışıq apardıqlarını etiraf edib: "Qara "Neftçi"dən ayrıldıqdan sonra maraqlandığımız, transferini düşündüyümüz futbolçulardan idi. Onunla danışığımız olmuşdu. Dünən bu proses yekunlaşdı və bu gün mövsümün sonuna qədər nəzərdə tutulan müqavilə imzalandı. İstənilən komanda hər zaman güclənməyə ehtiyac durur. Bizim də həmin mövqedə ciddi itkilərimiz oldu. Karlos Jatoba mövsümün ilk oyunundan sonra zədələndi və əməliyyat olundu. Onun dönüşü qışdan sonraya gözlənilir. Vadim Abdullayev də dünən əməliyyat olundu, bir aydan tez komandaya dönməyəcək. Belədə bu transfer yerinə düşdü.  Təcrübəli futbolçudur. İllərdir "Qarabağ" və "Neftçi" kimi iddialı klublarda və Azərbaycan millisi də çıxış edib. Həm insani, həm də futbolçu keyfiyyətləri məni qane edir. Təbii ki, komandamıza kömək edəcəyinə inanırıq. Qara peşəkar və təcrübəli futbolçudur. Düzdür, bir müddətdir komanda ilə məşq etmir və oyun keçirmir. Bunu qısa vaxtda yoluna qoyacağına əminəm. Bu işdə biz məşqçilər də ona kömək edəcəyik".