Xəbər verdiyimiz kimi, “Araz-Naxçıvan”ın müdafiəçisi Slavik Alxasov Misli Premyer Liqasının 16-cı turunda baş tutan “Səbail”lə matçda Azərbaycan çempionatlarında 300-cü oyununu keçirib.


Rekord.az xəbər verir ki, bu münasibətlə Premyer Liqann 17-ci turu çərçivəsində baş tutan "Sabah"la oyundan əvvəl klub tərəfindən futbolçuya xatirə hədiyyəsi təqdim olunub.


Hədiyyəni “Araz-Naxçıvan” Peşəkar Futbol Klubunun Müşahidə Şurasının sədri Vüqar Abbasov təqdim edib.