“Araz-Naxçıvan”ı yeni mövsümdə “Hummel” geyindirəcək
- 26 İyn 2024 19:09
- 206
Premyer Liqanın yeni mövsümündə “Araz-Naxçıvan” “Hummel”in forma və geyim dəstlərindən istifadə edəcək.
Rekord.az xəbər verir ki, Danimarka şirkəti ilə müqavilə imzalanıb.
Şirkətin komanda üçün istehsal edəcəyi məhsullar yaxın günlərdə təqdim ediləcək. Klubun oyun formaları yenə qırmızı və ağ rəngdə olacaq.
“Araz-Naxçıvan” ötən mövsüm “Diadora” şirkətinin istehsal etdiyin geyim dəstlərindən istifadə edib.