“Araz-Naxçıvan” Futbol Akademiyasının U-19 və U-17  komandalarının üzvlərinə və məşqçi heyətinə irqçiliyə qarşı mübarizə üzrə təlim keçirilib.

Rekord.az xəbər verir ki, tədbirdə klubun icracı-direktoru Eldəniz Yusubov, baş menecer Şahin Rzayev iştirak ediblər.

Görüş zamanı mövzu ilə bağlı xüsusi təqdimatlar edilib, maarifləndirici çıxışlar aparılıb, əyani videoçarxlar nümayiş olunub.