“Araz-Naxçıvan”ın daha bir futbolçusu - Karlos Jatoba məşqlərə başlayıb.


Rekord.az Naxçıvan təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, komandanın daha əvvəl zədəsini sağaldıb meydana qayıdan futbolçuları - Vadim Abdullayev və Bayraməli Qurbanovun ardından 29 yaşlı braziliyalı yarımmüdafiəçi də fiziki hazırlıq üzrə məşqçi Teodor Terzievin rəhbərliyi altında məşq edir.


"Araz-Naxçıvan" Misli Premyer Liqasının 15-ci turunda “Turan Tovuz”la qarşılaşacaq.