Premyer Liqada oynamağa vəsiqə qazanan "Araz Naxçıvan" təsdiq üçün AFFA İcraiyyə Komitəsinin qərarını gözləyir.

Rekord.az xəbər verir ki, yalnız İK-nın qərarından sonra heyətin qurulması ilə bağlı işlərə start veriləcək.

Lakin bəri başdan deyək ki, klubun böyük büdcəsi olmayacaq. Bu baxımdan komanda legioner futbolçu transfer etmək istəsə ən yaxşı halda qonşu Türkiyənin və Gürcüstanın ortabab futbolçu bazarına üz tuta biləcək. Deyək ki, heç "Kəpəz", "Turan Tovuz", "Sumqayıt" aylıq 5-6-7 min manata oynayan əcnəbilər də ala bilməyəcək.