“Araz” və “Neftçi”dən qələbə
- 07 Noy 2019 21:42
- 891
Bu gün futzal üzrə Yüksək Liqada 6-cı turun oyunları keçirilib.
Rekord.az xəbər verir ki, “Olimpik Star”da 5 qarşılaşma baş tutub.
Turun mərkəzi oyununda lider “Araz”la “Marafon” üz-üzə gəlib. İtkisiz irəliləyən Naxçıvan təmsilçisi növbəti qələbəsini qazanıb.
Liderin əsas izləyici "Neftçi" də turu qələbə ilə başa vurub.
Yüksək Liqa
6-cı tur
7 noyabr
“Yasamal” İSK – “Record club” - 1:9
Qollar: Vüsal Səfərov, 05:34 - Sina Jamali, 01:40, 23:30, 31:24; Seyedmostafa Padidarjahromi, 03:19; Vahid Ansari, 04:34, 38:28; Sabir Hacıəliyev, 06:24, 27:28; Amir Ashtiyani, 37:21
Hakimlər: Anar Fərəcov, Kənan Məlikov, Vüsal Balaşov
“Araz” – “Marafon” - 1:0
Qol: Xətai Bağırov, 29:27
Hakimlər: Ramil Namazov, Rahin Heybətov, Nahid Xasıyev
“Bakı” TFK – “Neftçi” İK - 3:7
Qollar: Məhəmməd Bədəlbəyli, 04:29; Vüsal Buludov, 11:22, 29:05 - Oqtay Rüstəmli, 05:15; Kənan Manafov, 18:17, 31:54; Rüfət Balakişiyev, 32:22; Vahib Xocayev, 33:06; Emil Həsənzadə, 35:53, 37:05
Hakimlər: Əli Cəbrayılov, Elvin Ağayev, Ziya Nəsirov
“Xızı Futzal” – “Premier” (Quba) 1:3
Qollar: Xəyal Quliyev, 27:01 - Firudin Ağalarov, 01:21; 31:26. Tural Cəlilov, 38:00.
Hakimlər: Hikmət Qafarlı, Elmir Quluzadə, Ceyhun Hüseynov
“Baku Fire” – EKOL 2:3
Qollar: Rasif Səfiyarov, 07:56, 09:08 - Fərid Atakişiyev, 03:39. Radik Əhmədov, 06:52. Talebmohammad Arabpour, 35:33.
Hakimlər: Ramiz Məhərrəmov, Knyaz Əmiraslanov, Fuad Həsənov