ARB-dən Ramin Musayevə ironik cavab VİDEO
- 18 Noy 2019 16:00
- 1148
ARB TV Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin Premyer Liqanın sponsoru məsələsi ilə bağlı danışarkən jurnalistləri günahlandırmasına reaksiya verib.
Rekord.az xəbər verir ki, kanalın idman jurnalisti Azər İsmayıl PFL rəhbərinə ironik cavab verib.
Xatırladaq ki, Ramin Musayev Azərbaycan kubokunun püşkatma mərasimində belə demişdi: "Hələlik titul sponsorumuz yoxdur. Jurnalistlər futbolu mətbuatda elə günə salıblar ki, kimsə yaxın gəlməyə qorxur. Çalışaq, futbolumuzu təbliğ edək”.