Ardıcıl 4-cü dəfə ayın ən yaxşı futbolçusu seçildi
- 12 Dek 2019 13:20
- 794
Almaniyanın “Bavariya” klubunda noyabr ayının ən yaxşı futbolçusu məlum olub.
Rekord.az xəbər verir ki, Münhen təmsilçisinin heyətində ötən ayın ən yaxşısı yenə Robert Levandovski olub.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Noyabrda “Bavariya”nın heyətində 6 oyuna çıxan hücumçu, 8 qol vurub.
Münhen təmsilçisinin azarkeşləri arasında aparılan sorğuda 58 faiz səs toplayan polşalı forvard, Alfonso Deyvis (16 faiz) və Tomas Mülleri (12 faiz) qabaqlayıb.
Xatırladaq ki, Levandovski ardıcıl dördüncü dəfə “Bavariya”da ayın ən yaxşısı seçilir. Fanatlar onu avqust, sentyabr və oktyabr ayında da ən yaxşı seçmişdilər.