Misli Premyer Liqasının 2024/25 mövsümünün qalibi bəlli olub.


Rekord.az xəbər verir ki, Azərbaycan çempionunun adına 32-ci turda aydınlıq gəlib.


“Qarabağ” mövsümün sonuna 4 tur qalmış qızıl medalları təmin edib. İzləyiciləri üçün əlçatmaz olan Ağdam klubu ardıcıl 4-cü, tarixində 12-ci dəfə Azərbaycan çempionu adına sahib çıxıb. “Qarabağ” son 12 ildə 11-ci qızıl medala yiyələnib.


Ümumilikdə 1992-ci ildən keçirilən çempionatda 8 komanda bu titula sahib çıxıb. “Qarabağ”dan başqa, “Neftçi” 9, “Kəpəz” 3, “Şəmkir”, “Bakı”, “İnter” (indiki “Şamaxı”) hərəyə 2, “Turan” və “Xəzər Lənkəran” hərəyə 1 dəfə ölkənin ən güclüsü olub.


Azərbaycan çempionları:


1992. “Neftçi” (Bakı)


1993. “Qarabağ” (Ağdam)


1993/94. “Turan” (Tovuz)


1994/95. “Kəpəz” (Gəncə)


1995/96. “Neftçi” (Bakı)


1996/97. “Neftçi” (Bakı)


1997/98. “Kəpəz” (Gəncə)


1998/99. “Kəpəz” (Gəncə)


1999/2000. “Şəmkir”


2000/01. “Şəmkir”


2001/02. Yarımçıq qalıb


2002/03. Keçirilməyib


2003/04. “Neftçi” (Bakı)


2004/05. “Neftçi” (Bakı)


2005/06. “Bakı”


2006/07. “Xəzər Lənkəran”


2007/08. “İnter” (Bakı)


2008/09. “Bakı”


2009/10. “İnter” (Bakı)


2010/11. “Neftçi” (Bakı)


2011/12. “Neftçi” (Bakı)


2012/13. “Neftçi” (Bakı)


2013/14. “Qarabağ” (Ağdam)


2014/15. “Qarabağ” (Ağdam)


2015/16. “Qarabağ” (Ağdam)


2016/17. “Qarabağ” (Ağdam)


2017/18. “Qarabağ” (Ağdam)


2018/19. “Qarabağ” (Ağdam)


2019/20. “Qarabağ” (Ağdam)


2020/21. “Neftçi” (Bakı)


2021/22. “Qarabağ” (Ağdam)


2022/23. “Qarabağ” (Ağdam)


2023/24. “Qarabağ” (Ağdam)


2024/25. “Qarabağ” (Ağdam)