Ardıcıl 7-ci dəfə ölkə çempionu oldular
- 29 İyn 2020 18:20
- 739
Daha bir ölkədə futbol üzrə çempionatın qalibi müəyyənləşib.
Rekord.az xəbər verir ki, “Zalsburq” Avstriya çempionatında cari mövsümün çempionu olub.
Liqanın 30-cu turunda “Hartberq”ə 3:0 hesabıyla qalib gələn komanda, mövsümün finişinə 3 tur qalmış rəqibləri üçün əlçatmaz olub.
Ardıcıl 7-ci çempionluğunu rəsmiləşdirən “Zalsburq” ümumilikdə 14-cü dəfə liqanın qalibi olub.