Arif Rəhimov Formula 1-ə görə yaranmış məhdudiyyətlərdən danışdı
- 21 İyn 2022 12:00
- 696
“2022–ci il Formula 1 Azərbaycan Qran Prisi ərzində nəqliyyatın hərəkətindəki məhdudiyyətlə əlaqədar göstərdikləri anlayışa görə şəhər sakinlərinə və sürücülərə təşəkkürümüzü bildiririk”.
Rekord.az xəbər verir ki, Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin direktoru Arif Rəhimov deyib.
O, Bakı Qran-prisinə görə sakinlər üçün yaranan çətinlikdən danışıb. A.Rəhimov növbəti illərdə keçiriləcək Formula 1 yarışlarında məhdudiyyətlərin minumuma endirilməsi üçün addımlar atılacağına bildirib:
“Sakinlərin rahatlığının təmin olunması və yollardakı gərginliyin minimuma çatdırılması istiqamətində növbəti illərdə də Bakı Şəhər Halqası tərəfindən zəruri addımlar atılacaq”.