Aronyan Teymura məğlubiyyəti şərh etdi
- 06 Yan 2021 16:18
- 932
Erməni şahmatçısı Levon Aronyan Azərbaycan qrossmeysteri Teymur Rəcəbova sürətli şahmat üzrə “Airthings Masters” onlayn turnirinin finalında məğlubiyyətini (1,5:2,5, 1:2) şərh edib.
Rekord.az xəbər verir ki, Levon Aronyan deyib: "Qarışıq hisslər keçirirəm. Finalda necə oynamağımdan məyus oldum, amma turnirdəki oyunumdan razıyam.
Ən maraqlısı ilk partiya idi. Müdafiəsiz oyun gedirdi. Bilirdim ki, finalda risk etmək lazım gələcək.
Ancaq bəlkə də qəribə qərarlar qəbul etdim. Məsələn, bu dəfə uduzduğum ikinci partiyada. Finalda belə oynamaq olmaz".