"Arsenal" heyətini yeni futbolçu ilə gücləndirmək niyyətindədir.

Rekord.az xəbər verir ki, London təmsilçisi "Lester"dən Ceyms Maddisonu transfer etmək istəyir.

24 yaşlı yarımmüdafiəçi özü də "topçular"a keçməkdə maraqlıdır. Lakin "Lester" oyunçu üçün 60 milyon avro tələb edir.

Qeyd edək ki, Maddison 2018-ci ildən "Letser"də oynayır.