
“Arsenal”dan Çempionlar Liqasında tarixi rekord
- 05 Mar 2025 17:00
- 57
"Arsenal" UEFA Çempionlar Liqasında (ÇL) tarixi rekorda imza atıb.
Rekord.az "Opta Sport"a istinadən xəbər verir ki, London təmsilçisi bunu 1/8 final mərhələsinin ilk oyununda Niderlandda PSV-ni 7:1 hesabı ilə məğlub etməklə gerçəkləşdirib.
"Topçular" turnir tarixində pley-off matçında səfərdə 7 qol vuran ilk komanda olub.
İstisna 2020-ci ildə ÇL-də baş tutan "Barselona" - "Bavariya" oyunudur. Həmin vaxt Almaniya nəhəngi İspaniya təmsilçisini 8:2 hesabı ilə məğlub etsə də, bu görüş koronavirus pandemiyası səbəbindən neytral meydanda - Portuqaliyanın paytaxtı Lissabonda reallaşıb.
"Arsenal"la PSV arasında cavab görüşü martın 12-də baş tutacaq.