
“Arsenal”dan ÇL-də son 20 ilin ən uzun məğlubiyyətsizlik seriyası
- 09 Apr 2025 16:20
- 83
İngiltərənin “Arsenal” klubu UEFA Çempionlar Liqasında (ÇL) son 20 ildə ən uzun məğlubiyyətsizlik seriyasına imza atıb.
Rekord.az “Squawka”ya istinadən xəbər verir ki, London təmsilçisi bunu turnirin 1/4 finalının “Real”la (İspaniya) ilk matçında (3:0) həyata keçirib.
“Arsenal” sözügedən matçdan sonra 2004/2005 mövsümündən bəri ən uzun məğlubiyyətsizlik seriyasını reallaşdırıb. Komanda cari mövsüm keçirdiyi 7 qarşılaşmanın 6-da qələbə qazanıb, 1-də isə heç-heçə edib.
İngiltərə klubu hələ ÇL-in qalibi olmayıb. Komanda sonuncu dəfə 2006-cı ildə turnirin finalında çıxış edib.
Tərəflər arasında cavab qarşılaşması aprelin 16-da Madriddə baş tutacaq.