"Arsenal"ın "Brayton"dan Kaysedonu almaq istəyi baş tutmayıb.

Rekord.az "The Athletic"-ə istinadla xəbər verir ki, London klubu sözügedən futbolçu üçün 68 milyon dollar təklif etsə də, "Brayton" onların bu təklifini rədd edib.

Yayılan məlumatlara görə, "Brayton" Kaysedoya 85 milyon avro qiymət qoyub.