“Arsenal”ın futbolçusu “Sevilya”ya keçdi
- 15 İyl 2024 19:00
- 177
"Sevilya" heyətini yeni futbolçu ilə gücləndirib.
Rekord.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.
La Liqa təmsilçisi "Arsenal"ın yarımmüdafiəçisi Albert Sambi Lokonqanı icarəyə götürüb. 24 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb. Sözləşməyə birdəfəlik satınalma variantı da daxildir.
Albert ötən mövsümü icarə əsasında "Luton Taun"da keçirib. O, Premyer Liqada 17 matçda iştirak edib, 1 qol vurub və 3 qolun ötürməsini verib.