“Arsenal”ın futbolçusu zədə səbəbindən ÇL oyununu buraxacaq
- 05 Noy 2024 21:23
- 61
İngiltərənin "Arsenal" klubunun yarımmüdafiəçisi Deklan Rays UEFA Çempionlar Liqasının Liqa mərhələsində İtaliya təmsilçisi "İnter"ə qarşı oyunda meydana çıxa bilməyəcək.
Rekord.az xəbər verir ki, o, zədə səbəbindən sabah "Cüzeppe Meatsa" stadionunda baş tutacaq qarşılaşmanı buraxmaq məcburiyyətində qalacaq.
Həkimlər 25 yaşlı oyunçunu həftəsonu keçiriləcək "Çelsi" matçına qədər sağaltmağa çalışır.